8.4.11

Sualtı təyyarələrin sınaqlarına başlanılır

Layihənin ilkin dəyəri 10 milyon dollar

ABŞ. Dünyanın ilk kommersiya tipli kosmik gəmisini uğurla sınaqdan keçirmiş ABŞ-ın “Virgin Atlantic Airlines” şirkəti bu dəfə daha maraqlı və perspektivli layihənin reallaşdırılması barədə məlumat verib. Şirkətin prezidenti Riçard Branson sözlərinə görə, onların hazırladıqları növbəti aparat kosmosda deyil, suda, daha dəqiq desək, okeanın altı ilə hərəkət edəcək sualtı bir laynerdir. Kaliforniyanın Nyuport Biç bölgəsində düzənlənən mətbuat konfransında çıxış edən şirkət rəhbəri sualtı gəminin uzunluğunun 6 metrə çatmasına baxmayaraq okeanın 11 min metrlik ən dərin və qaranlıq suları ilə hərəkət etməsinə qadir olduğunu dilə gətirib. “Virgin Oceanic” adlanan layihəyə əsasən onun sınağı iki il boyunca tamamlanacaq. İlk test isə Sakit okeanın ən dərin çökəyi olan Marianda baş tutmalıdır. Əgər sınaq uğurlu keçərsə və təkmilləşdirməyə ehtiyac duyulmazsa, növbəti sınaq Atlantik okeanının Puerto-Riko adlanan dərin qatlarında gerçəkləşəcək. Bundan əlavə, digər okeanların dərinliklərində də itisürətli “sualtı təyyarə”nin imtahandan keçiriləcəyi planlaşdırılıb. “Necker Nymph” hərbi sualtı qayığın texnologiyasına bənzər olsa da sözügedən qurğu ekoloji təmizliyiə tam cavab verəcək və ticarət məqsədlərindən əlavə sualtı dünyanın canlılarının öyrənilməsində də istifadə olunacaq.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru