75 yaşlı nənənin əli toxundu və...
Qafqazın bir hissəsini internetsiz qoydu
Gürcüstan. Dünən ölkənin 75 yaşlı vətəndaşı bütün Ermənistanı və Gürcüstanın yarısını 1 saatlığa internetsiz qoyub. Hadisə 75 yaşlı qadının “Telekom Jeleznoy Doroqi” kabel magistralında mis axtarması zamanı baş verib. Yaşlı qadın polisə Ksani Msxetsk kəndində torpaqdan mis axtardığını etiraf edib: "Mis tapmaq üçün gözümə dəyən hər bir məftili dartışdırırdım".
Martın 28-də 75 yaşlı qadın torpaqda qazma işi ilə məşğul olarkən magistralın kabelini zədələyib. Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Zurab Qvenetadze məsələ ilə bağlı bildirib ki, 75 yaşlı nənə bu işi tək görüb və hadisə yerinə dərhal mühafizəçilər gələrək, onu saxlayıblar. Adı çəkilməyən 75 yaşlı qadın barəsində cinayət işi açılıb. Onu 1 ildən 3 il kimi həbs cəzası gözləyir.
No comments:
Post a Comment