Hörümçək torunun sirri
Torunun möhkəmliyinin sirrini araşdıran alimlər maraqlı nəticələr əldə ediblər
Almaniya. Heybelderq Nəzəri Tədqiqatlar İnstitutunun laboratoriya rəhbəri, doktor Frauk Qraterin başçılıq etdiyi araşdırmalar zamanı hörümçək torunun tərkibi atom səviyyəsində öyrəniib. Məlum olub ki, bu təbii materialın molekulyar struktur səviyyəsində çox güclü bağları var.
"Hörümçəklərin tor toxuyarkən istifadə etdikləri "hörümçək ipəyi"nin mexaniki xassələri yalnız poladla müqayisə oluna bilər. Bu torların maksimal möhkəmliyi kevlar və ya paramid liflərdən çox, sıxlığı isə pambıq və ya neylondan azdır", - Qrater bildirib. Onun sözlərinə görə, hörümçək torunun toxunduğu liflər yüngül amorf və bərk kristallik komponentlərdən ibarətdir.
No comments:
Post a Comment