Yaşa görə spesifik iy
Sizin iyiniz yaşınızdan xəbər verir
Yaponiya. Kioto Universitetində herontologiya ilə bağlı aparılmış tədqiqatlar zamanı maraqlı nəticə əldə edilib. Bəlli olub ki, zamanı "aldatmaq" və cavan görünmək istəyənləri bütün səyləri əbəsdir. Çünki yaşı gizlətmək olmur - insanın yaşadığı illərin sayını onun bədəninin iyi, qoxusu büruzə verir. Daha cavan görünmək istəyən insanın zəhmətləri hədərdir, çünki orqanizmin özünəməxsus iyi var. İnsan yaşlandıqca, onun orqanizmi təki, iyində də köklü dəyişikliklər baş verir.
Professor Saiko Masuanın dediyinə görə, hər şey insan dərisindəki piy və yağ turşularının parçalanması zamanı yaranan xüsusi kimyəvi maddələrlə bağlıdır. İnsan vücudunun ifraz etdiyi nonenal adlı xüsusi maddənin spefik iyi olur. Əgər 30 yaşına qədər olan insanlarda nonenalın miqdarı o qədərn yüksək deyilsə, yaşı 40-ı keçən adamların orqanizmlərində bu maddənin miqdarı 2 dəfə artır. "İnsanlar qarşısında duran, söhbətləşdiyi insanların yaşına çox vaxt ciddi fikir vermirlər. Amma təhtəlşüur həmin inanın qoxusunu səhvsiz olaraq təyin edir və bu barədə beyinə siqnal verir", - Masua bildirib.

No comments:
Post a Comment