26.1.11

Çiyələk və kakao
Alimlər yabanı çiyələk ilə kakaonun genetik kodunu tapdıqlarını açıqlayıblar
ABŞ. “Nature Genetics” jurnalının məlumatına görə, beynəlxalq araşdırma qrupu, yabanı çiyələyin, insanların sahib olduğundan çox, yəni 35 min genə sahib olduğunu müəyyənləşdirib. Oregon Əyalət Universitetinin müəllim Todd Mockler, genetik xəritənin tapılmasının, meyvənin zərərli böcəklərə qarşı müqavimətli, daha yaxşı iy verən, istiliyə dayanıqlı, daha az gübrə tələb edən hala gətirilməsini və ömürünün uzanmasını təmin edə biləcəyini deyib. Jurnalda həmçinin fransalı araşdırmaçıların şokolad istehsalında istifadə edilən kakao bitkisinin Criollo növünün genetik quruluşunu tapdığı da əks olunub. Kakaonun bu növündə 29 min qədər gen tapan alimlər, bu tapıntının kakao bitkisinin genetik olaraq inkişaf etdirilməsini təmin edə biləcəyini qeyd ediblər.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru