14.1.11

Universitetlərdə şalvar geyinmək qadağan edildi
Bu qadağa qızlara şamil ediləcək
İran. Hökumət universitetlərdə geyim qaydalarını sərtləşdirib.Yeni qaydalara görə qız tələbələrin dar cins şalvar, dar palto və parlaq rəngli geyimlər geyinmələri qadağan edilib. Onların,dırnaqlarını uzatması və döymə etdirməsi də bu siyahıya daxildir. Yeni qaydalara əsasən baş örtüsü olmadan sadecə papaq taxmaq, oğlan tələbələrin isə saçlarını rəngləməsi, qaşlarını alması, dar paltarlar və "çox qısa qollu köynəklər" geyinmələri qadağandır. “FARS” xəbər agentliyi qadağanın bütün universitetlərə aid edildiyi ilə bağlı xəbər yaysa da,bunun səbəblərini açıqlamayıb.Qeyd edək ki, İranda 1979-cu ildən bəri qadınların geyimləri ilə bağlı bir çox tənzimləmə edilib. Xüsusilə yaz aylarından əvvəl geyimlə əlaqəli xəbərdarlıqlar nəşr olunur və din polisinin təzyiqləri artırılır. Bu dəfəki qadağanın qışda edilməsi əhalidə təəccüb doğurub.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru