Jurnalist qadının alt paltarını yoxlamaq harda baş verdi
Xüsusi xidmət orqanı qadın müxbirdən alt paltarını çıxarmağı tələb etdi
İsrail. Baş nazir Binyamin Tetanyahunun illik mətbuat konfransında iştirak üçün İsrailə dəvət edilən “Əl Cəzirə” telekanalının qadın müxbiri bu ölkənin gizli xidməti olan “Şin Bet”in əməkdaşları tərəfindən təhqir edilib. Xüsusi xidmət orqanının əməkdaşı üzərinə baxış zamanı “Əl Cəzirə”nin müxbiri Nayvan Simri Diabdan büsthalterini çıxarmağı tələb edib. Amma müxbir bu tələbi etirazla qarşılayıb və mətbuat konfransında iştirakdan imtina edib. Mətbuat konfransına dəvət edilən türkiyəli jurnalistlər də təhqiramiz rəftarla üzləşdiklərindən brifinqi boykot etmək istəyiblər. Amma dövlət Mətbuat Bürosunun direktoru Oren Helman məsələyə müdaxilə edib və türk jurnalistlər mətbuat konfransında iştirak ediblər.
No comments:
Post a Comment