1.1.11

Qısa ətək barədə xəbərdarlıq
Mini yubka həvəskarı olan qadınlara niyə xəbərdarlıq edilib
İngiltərə. Polis sərt keçən qış səbəbindən qadınların ziyafətlərə gedərkən mini yubkalar və nazik paltarlar geyinməməsini, qalın geyimlərə üstünlük vermələrini istəyib. Polisin xəbərdarlığında qeyd olunur ki, xüsusən ölkənin şimal bölgələrində ziyafətlərdə alkoqollu içkilər qəbul edən və mini yubka, nazik paltar geyinən qadınlar çölə çıxarkən soyuğu hiss etmirlər. Buna görə də həmin qadınlar hiportemiya (bədən temperaturunun həddən artıq düşməsi) durumu ilə üzləşə bilərlər.

Xəbərdarlıqda qeyd olunur ki, mini yubka və nazik paltar geyinən qadınları soyuq hava şəraitində avtomobil gözləyərkən don vurması ehtimalı daha yüksəkdir. Qeyd edək ki, İngiltərənin şimal bölgələrindəki qadınların qıf fəsli zamanı belə mini yubka geyinmələri alimlərin də diqqətini çəkib. Hazırda alimlər Şimali İngiltərədəki qadınların ölkənin digər bölgələrindəki qadınlara nisbətən daha qalın dəriyə malik olub-olmadıqlarını araşdırmağa başlayıblar.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru