2.1.11

Öldüyü halda işləyən əməkdaş

Onun dünyadan köçüyünü niyə gec bildilər


ABŞ. Nyu-Yorkdakı nəşriyyatlardan birinin əməkdaşları bir həftə işə gedib-gəliblər, amma iş yoldaşlarının öldüyünün fərqinə varmayıblar. Ölmüş işçinin meyiti isə 23 nəfərin işlədiyi otaqda olub. Mərhum adamayovuşmazdı və vaxtının əksər hissəsini təklikdə keçirirdi. 51 yaşlı Corc Turklebom nəşriyyatda 30 ildən artıq işləyib, korrektor olub.


Onun ürəyi dayananda isə həmkarlarından kimsə bunun fərqinə varmayıb. İşçilərin dediklərinə görə, Corc işə hamıdan tez gəlib hamıdan gec getdiyindən kimsə nə baş verdiyini anlamayıb. Çünki Turklebom iş yerində həmişəki pozasında oturubmuş. Ölü beləcə, bir həftə kresloda "oturub". Yalnız həftəsonu xadimə qadın onunla maraqlanıb və ölüdən soruşub ki, bəs Corc niyə istirahət günü də çalışır. Cavab gəlmədiyini görən xadimə Turkleboma toxunub və onun öldüyünü anlayıb.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru