44 yaşlı qadın qorxmur
Sınaqlar zamanı ona yaxından ilan və hörümçəkləri göstəriblər, qorxu filmlərini nümayiş etdiriblər, içində ruhlar olan evdə səhərədək saxlayıblar. Amma bu qadın heç nədən qorxmayıb
İngiltərə. Kembric Universitetinin psixofizioloqlarının iştirakı ilə adı açıqlanmayan və sadəcə, S.M. adlandırılan qadın Conatan Demmenin "Quzuların səssizliyi" və Stenli Kubrikin "Parıltı" filmlərini də rahatlıqla seyr edib. Hətta zülmət qaranlıqda əlində bıçaq tutmuş kişinin peyda olması da onun halına təfavüt etmir. Alimlərin dediklərinə görə, nadir Urbax-Vite xəstəliyinə tutulmuş qadında lipoid proteinoz sindromu müşahidə olunur. Bu sindrom zamanı orqanizmdə zülal-yağ mübadiləsi pozulur, dəridə və selikli qişada düyünlər əmlə gəlir.
ABŞ-ın Ayova Universitetinin professoru Castin Feynsten isə bildirir ki, bu qadının beyninin hər iki yarımkürəsində simmetrik "qara dəlik"lər var. Halbuki beynin həmin yerlərindəki neyronlar insanda qorxu və narahatlıq hisslərinin yaranmasında mühüm rol oynayır. Ona görə də başqaları qorxudan titrəyəndə bu qadın qəhqəhə çəkir.
No comments:
Post a Comment