9.12.10

NATO ilə danışıqlar aparan əfqanıstanlı gənc 

ABŞ və Əfqanıstan hökumətlərinin uzun müddət danışıqlar apardıqları adam fırıldaqçı imiş

Əfqanıstan. Aylardan bəri Taliban və Əfqanıstan səlahiyyətliləri arasında aparıldığı iddia olunan müzakirələrdə əsas şəxsin əslində Talibanı təmsil etmədiyi və adi bir fırıldaqçı olduğu üzə çıxıb. «New York Times» qəzetinin yazdığına görə, uzun zamandır Talibanın silahı yerə qoyacağına dair xəbərlər dolaşdığı bir vaxtda, əslində Taliban adından bu vədi «saxta lider»in verməsi faktının ortaya çıxması şok yaradıb. Məqalədə deyilir ki, müzakirələrdə tərəf olaraq çıxış edən Taliban liderlərindən Molla Ahtar Məhəmməd Mənsurun əvəzinə əslində başqa bir adamla danışıqlar aparıldığı bəlli olub. Əfqan səlahiyyətlilər hadisənin ortaya çıxmasının ardından NATO vasitəsilə təşkil edilən yüksək səviyyəli müzakirələrin boşa çıxdığını açıqlayıb. Bir Qərb diplomatı isə «Mənsur kimi qəbul etdiyimiz adam əslində o deyilmiş. Biz ona külli miqdarda pul da vermişdik» deyə bildirib. ABŞ səlahiyyətliləri də ötən gün verdikləri açıqlamada Mənsur kimi qəbul etdikləri adamın adamın əslində o olmadığının bəlli olduğunu, hətta bu adamın Taliban üzvü olub-olmadığını belə dəqiq bilmədiklərini etiraf ediblər.


Fırıldaqçı «Taliban lideri»nin Pakistandan gəldiyi və Kabildə hökumət səlahiyyətliləri ilə üç dəfə yığıncaq keçirdiyi bildirilir. Əfqanıstan prezidenti Həmid Kərzai Talibanla müzakirələrin ölkədə doqquz illik müharibənin sona çatması üçün vacib olduğunu düşünür, amma hökumət ümumiyyətlə, kiminlə görüşdüyünü və ya kimin müzakirələr üçün səlahiyyətli olduğunu bilmir. Səlahiyyətlilər bu hadisənin ABŞ-ın və NATO qüvvələrinin Talibanın liderlərinin kim olduğunu belə bilmədiklərini ortaya qoyduğunu ifadə ediblər.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru