10.12.10

İnsan zəhəri ilanı öldürdü

Həmin insanın ağız suyu tədqiq edilir

Hindistan. Camşedpur şəhərindən 120 km şimaldakı Patna-Rançi kəndinin sakini Vaçaspati Dhrişdatyumna gecə evinə ilan girdiyini görüb. Qıvrılaraq uşaqların yatdığı otağa sürünən kral kobrası ev sahibinin işıqları yandırmasından sonra çarpayının altına sürünüb. Vaçaspati də qorxmayaraq ilanı quyruğundan tutub dartıb və kobra onun üstünə atılıb. Sonucda zəhərlənərək ölən insan yox, ilan olub.

Belə ki, Vaçaspati onu sancmağa hazırlaşan kobranın boğazından tutaraq qaldırıb və dişləriylə ilanın boynunu gəmirib. Kəndin həkimi Kamyaka Maxaparşvanın dediyinə görə, ilan zəhərlənərək ölüb. «Buna inanmaq mümkün deyil, ağlasığmazdı - amma həqiqətdi. Dünyanın ən zəhərli ilanlarından biri sayılan kral kobrası Vaçaspatinin ağız seliyindəki zəhərdən ölüb», - həkim deyib. Onun dediyinə görə, 67 yaşlı Vaçaspati Dhrişdatyumna 4 yaşından bəri hatha-yoqa ilə məşğul olur və yoqanın «asana» ilə «pranayama» sistemlərinin kamil bilicisi olduğundan həyəcan anlarında seliyindəki zəhərli fermentlərin miqdarını artıra bilir. İlandan zəhərli kəndli Dehliyə aparılıb. Onun seliyi tədqiq ediləcək və Vaçaspatinin ilanı öldürən zəhərinin tərkibi araşdıralacaq.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru