Çox maraqlıdır ki, öpüşün müəlliflik hüququnun kimə aid olması hələ də təsbit olunmayıb
ABŞ. Hər şeydən əvvəl onu deyək ki, öpüş ünsiyyət formasıdır. Kimə necə münasibət göstərməkdən asılı olaraq bu proses bəzən çox asan, bəzənsə çox çətin ola bilər. Müasir dünyada insanların bir-birinə münasibətini ifadə etməyin yüzlərlə forması yaranıb: SMS, faks, telefon... Halbuki bunların heç biri insanların sıcaq öpüşünü əvəz edə bilməz. Çünki “adicə öpüş” adlandırdığımız bu toxunuş bəzən sözlə ifadə edilə bilməyəcək qədər gözəl və böyük hissləri ötürməyə qadirdir. Çox maraqlıdır ki, öpüşün müəlliflik hüququnun kimə aid olması hələ də təsbit olunmayıb. O, telefon və ya faks kimi konkret bir ixtiraçının beyin məhsulu deyil. Təxminən folklor nümunələri - bayatı, nağıl, layla kimi. Nəysə, maraqlı olan onun kim tərəfindən yox, hansı səbəbə yaranmasıdır. Lap köhnə və bir qədər də əcaib versiyalara görə, qədim insanlar üçün digərinin dərisi duz mənbəyi sayılırdı. Onlar bir-birini öpməklə bədənlərinin duz, habelə sabit temperaturda saxlama ehtiyacını təımin etmiş olurdular.
Daha sivil teoriyalarda isə göstərilir ki, öpüşmə əslində daim ruhu və bədəni təravətli saxlayır. Bir çox antropoloqlara görə, öpüş heyvanların bir-birini iyləməsindən heç nə ilə fərqlənmir. Yəni, hər iki əməlin kökü eynidir. Öpüşün ən köklü və inandırıcı səbəbi olaraq isə göstərilib ki, bu, bir güvən və etibarlılıq simvoludur. Yəni, insanlar bir-birinə yaxınlaşmağa icazə verməklə, həm də “mən səndən qorxmuram, sənə güvənirəm” mesajını ötürürlər. Roma mədəniyyətini əxz edən ölkələrdə öpüşün xüsusi yeri və çəkisi var. Belə kİ, öpüş ilk növbədə dini törənlərdə geniş yayılıb. Latın və yəhudilər Allahın obrazını öpməklə ona səcdə etdiklərini nümayiş etdirməyə çalışırlar. Katolik ölkələrində isə Bibliyanı öpürlər. Ərəblər evdən çıxıb qayıdanda isə ev bütlərini öpürlər. Beləcə, bu dini adət tezliklə adi hala çevrildi və günümüzə qədər çatdı. Müasir dövrdə çox əlamətdar günlərdə silahı öpmək də qəbul olunub. Qədim xristianlarda isə öpüş qardaşlıq əlaməti sayılıb. Amma Tertullianın hakimiyyəti dövründə (160 -222-ci illər) yeni qaydalar tətbiq olundu: kişilərə ancaq kişiləri, qadınlara isə ancaq qadınları öpməyə icazə verildi. Qədim Yunanıstanda aşağı təbəqədəkilər yuxarıdakıların əl, sinə və dizlərindən öpürdülər. Qədim yəhudilərdə də öpüşmə ənənəsi olub. Belə ki, bir-birinə yaxınlaşan iki nəfər mütləq əlini silir, öz əlindən öpərək bir-birini salamlayırdılar. Orta əsrlərdə artıq dostları öpmək ənənəsi də yayıldı. Sonra kişilərin bir qədər yad qadınları öpmək adəti yarandı və bu, günümüzə qədər davam edir.

No comments:
Post a Comment