18.1.11

Şalvar geyindiyinə görə 53 şallaq
Küçə kamerası qadının qırmanclanmasını görüntülədi
Sudan. Paytaxtı Xartumda polis işçiləri küçədə insanların gözü qarşısında bir qadını qamçılayıblar. Bu dəşhətli səhnənin görüntüləri internetdə yayıldıqdan sonra isə Sudan məhkəməsi araşdırmaya başlayıb. Videoda görünür ki, polis qadını çağıraraq diz üstə oturmağı tələb edir. Onlar bildirirlər ki, əgər qadın 53 qamçı zərbəsi almaqdan imtina etsə, onu 2 il həbs cəzası gözləyir. Qadın isə qamçı zərbələrindən canını qurtarmağa çalışır və «Bəsdirin!» deyə qışqıraraq anasını köməyə çağırır. Qadını əvvəlcə bir polis vurmağa başlayır, sonra isə polislərdən digəri kameranı görərək gülə-gülə bu işə qoşulur.
Polislər hər tərəfdən qadını bir dəqiqə yarım ərzində döyürlər. Amma videoda qadının nə üçün qamçılandığı haqda məlumat verilmir. Britaniya mətbuatı yazır ki, onun günahı şalvar geymək olub. Bu video yayımlandıqdan sonra 50-yə yaxın qadın ölkənin Ədliyyə Nazirliyi qarşısında oturaq etiraz aksiyası keçirib və qadınları alçaldan qanunların ləğvini tələb edib. Hadisə ilə bağlı Sudanın Londondakı səfiri Xalid əl-Mubarak şərh verərək bildirib ki, Xartum vilayətinin qubernatoru bu polisləri cəzalandırmaq və işdən azad etmək əmri verib. Səfir bildirib ki, həmin qadın fahişəlikdə ittiham olunub, amma bu hərəkətlər polislərə bəraət qazandırmır.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru