27.11.10

Çılpaq gəzmək istəyənlərə

Bunun üçün otel açıldı

Türkiyə. Bir həftə sonra fəaliyyətə başlayacaq otel 200 nəfərə xidmət edəcək Bir həftə sonra, mayın 1-də Türkiyənin Datça yarımadasının cənubunda lüt gəzmək istəyənlər üçün xidmət göstərəcək “Adaburnu Gölmar” oteli açılacaq. Türkiyənin “Vətən” qəzetinin verdiyi məlumata görə, 14 hektar ərazini əhatə edən otel 200 nəfərə xidmət göstərmək üçün nəzərdə tutulub. Bu, Türkiyənin çılpaqlar üçün ilk rəsmi otelidir. Türkiyə vətəndaşları bu otelin müştərisi ola bilməyəcəklər. Xarici ölkələrdə yaşayan və həmin ölkələrin vətəndaşları olan türklər otelin müştərisi ola bilərlər. Oteldə hovuz, aquapark, hamamlar var. Oteldə olan çılpaq müştərilər otelin ərazisində çılpaq gəzəcək, otel sahəsinə bitişik, hasarlara alınmış “Çakal Koyu” çimərliyində çimə biləcəklər. Ancaq otelin müştəriləri otel ərazisindən kənardakı ictimai yerlərdə çılpaq gəzə bilməzlər. Türk personalın xidmət göstərəcəyi müştərilərə oteldə bir gün yeyib, içib əylənmək 70 avroya başa gələcək. Artıq 8 ölkədən 200 müştəri oteldə dincəlmək üçün müraciət edib və biletlərini alıblar. Almaniya, İngiltərə və Hollandiyadan daha çox tələblər gəlib. Fransa, İtaliya və Norveçdə də nömrələr sifariş verilməyə başlanılıb. İsrail və Rusiyadan da ilk müştərilər nömrə sifariş veriblər.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru