20.9.10

Qızıl tualet

3 ton qızıl, 50 milyon dollar və üç yüz işçinin 5 illik əmək sərfi

Honkonq. Statistik məlumatdan da göründüyü kimi bu tualetin yerləşdiyi tikili lüks olmaqla yanaşı, həm də Honkonqun ən böyük cəvahirli otaqlarındandır. Hang Fung şirkətinin prezidenti cənab Lam Seyn-Vin və İsveçrənin Swisshorn saat firması bir neçə il əvvəl belə qərara gəlmişdilər ki, öz pullarını Honkonqda yatırsınlar və əvəzini bura axışan harınlamış turistlərin istirahətini rəngarəng etmək hesabına birə-beş çıxarsınlar. Və onlar bunu etdi. Az bir müddət içində "Swisshorn Qızı Sarayı" inşa edildi və orada olan hər bir əşya yüksək əyarlı qızıldan hazırlandı. Hətta ayaqyolusu da. İndi həmin sarayda biznes obyekti icarəyə götürən biznes adamları və icarədarlar hər günə 25 min dollar ödəyir. Bura gələn turistlər isə hər şeyin dadını çıxarır ki, bir vaxtlar təmiz qızıldan düzələn tualet çanağına öz təbii ehtiyacını ödədiyini məmnuniyyətlə xatırlasın. Axı bu hər kəsə nəsib olan bir xoşbəxtlik deyil.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru