Rahiblərin uşaqlara cinsi zorakılığı artır
Katoliklər uşaqları anal və oral yolla cinsi zorakılığa məruz qoyublar
Belçika. Katolik Kilsəsinin lideri ölkədə hər bir kilsə dairəsində rahiblərin uşaqlara qarşı təcavüzünü ortaya çıxaran rəsmi istintaqın ardından bu problemə qarşı mübarizə yollarını açıqlayacaq. Ötən həftə açıqlanan istintaq hesabatında ölkədəki katolik rahiblərin uşaqlara qarşı təcavüzü hallarının on illərlə uzanan bir dövrü əhatə etdiyi açıqlanıb. İstintaq komissiyası aradan keçən müddət ərzində 13 qurbanın intihar etdiyini, 6-sının isə intihara cəhd etdiyini bəyan edib. Təxminən 500 zərərçəkəndən ifadə alan komissiya üzvləri eşitdikləri faktlar qarşısında şoka düşdüklərini etiraf ediblər. Qeydə alınan məlumatlarda uşaqlara qarşı təcavüz, o cümlədən anal və oral yolla cinsi zorakılıq faktları əksini tapıb. Komissiyanın açıqladığı hesabata görə, zərərçəkənlərin böyük hissəsi oğlan uşaqlarıdır. Amma yüzdən çox qızın da təcavüzə məruz qaldığı aşkarlanıb. Bununla yanaşı, kilsə sistematik olaraq bu iddiaları ört-basdır etməyə çalışmaqda günahlandırılıb.
No comments:
Post a Comment