1.10.10

Cütlüklərin harmoniyası

Bu, Mikelanjelo fenomeni yaradır

ABŞ. Kişi və qadın arasında harmonik münasibətlər xoşbəxtliyin və firavanlığın rəhnidir. Kişinin və qadının qarşılıqlı anlaşması və biri-birinə hörmətlə yanaşması məhz möhkəm və harmonik münasibətlərin yaranmasınin təməlidir. Amerika alimlərin qənaəti belədir. Alimlər göstərirlər ki, “Mikelanjelo fenomeni” deyilən anlam İtaliyanın intibah dövrünün dahi rəssamı və heykəltaraşı Mikelanjelo Buonarottinin şərəfinə adlandırıb. Məhz bu dahi gərgin əmək sahəsində kələ-kötür mərməri yona-yona şedevrlər yaradıb. “Mikelanjelo fenomeni” xoşbəxt cütlük obrazının qarşılıqlı münasibətlərini bədii şəkildə xarakterizə etməyə imkan yaratmaqla, tərəflərin qırılmaz tellərlə bir-birinə bağlandığını və bununla bərabər müstəqil şəxsiyyət olduqlarını səciyyələndirir.

Alimlər, öz işlərində “Mikelanjelo fenomeni” anlamından istifadə etməklə, bu fikirdədilər ki, cütlüklər qarşılıqlı olaraq özlərinin ən yaxşı xüsusiyyətlərini tərəf-müqabillərinə ötürürlər. Bu zaman onlar ilk növbədə öz istəklərinə uyğun yox, özünün ikinci yarısının ən gizli arzularını nəzərə alır, maksimum çalışır ki, bu arzuları yaradıcı şəkildə reallaşdıra bilsin. Amma bütün bunlar yalnız əsl sevgi olanda baş tutur.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru