30.9.10

Aşk-Memnu

Bihtərin obrazı çək-çevir edilir

Türkiyə. Qonşu Türkiyəni, elə Azərbaycanı da bürüyən Aşk-Memnu” dalğası ətrafında söz-söhbətlər səngimir. Bu arada dizinin baş qəhrəmanlarından olan Adnan bəy-Selçuk Yöntem onları götür-qoy edənlərə səsləndi: “Aşk-Memnu”nu bəyənməyənlər baxmasın!“. TRT-nin filmi əsərin tam əksi olaraq çəkməsi,ilə bağlı dolaşan fikirlərə isə o, belə cavab verdi: ”Bu əsəri 90 dəqiqəyə sığdırmaq doğru deyil. Bimikini bəyənmirlərsə kanalı çevirsinlər”. Selçuk Yöntem dizidəki bütün film yoldaşlarını tanımağa məmnun olduğunu və hər biri ilə yaxşı münasibətdə olduqlarını,hətta filmdən sonra bir yerdə tez-tez yaxşı istirahət etdiklərini də dedi. Kvanç Tatlıtuğilə isə hər çərşənbə balıq yeməyə getdiklərini, dizinin onları dostlaşdırdığını etiraf etdi.

Bu arada film ətrafındakı dolaşan fikirlərə baxmayaraq, “Aşk-Memnu”nun baş qəhrəmanlarından olan Bihtərin obrazı çək-çevir edilsə də, onun geydiyi bütün libaslar dəbə minir. Beren Saat Türkiyədə hətta “bəyənmirəm, baxmıram”deyənlər üçün də stil ikonası halına gəldi. Xnım oyunçunun bütün libasları, dizi sonrası şəhər modabazlarının tərzinə çevrilir. Türkiyə ictimayyəti narahatdır:”Bu yalnız geyim təqibimi olacaq?! Yoxsa davranış və həyat tərzi də bu dizidən örnək olaarq götürüləcək?!”

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru