PETA yenə qan çıxardı
Heyvan haqlarının müdafiəçiləri özlərini qablaşdırıblar
ABŞ. Nyu-Yorkun məşhur "Times" meydanı qana bulanıb. Amma buna səbəb hər hansı terror və ya qarşıdurma deyil. Sadəcə heyvan haqlarının müdafiəsilə məşğul olan beynəlxalq PETA təçkilatı ətdən həddindən çox istifadəyə diqqət çəkmək və ətdən istifadəni azaltmaq üçün qeyri-adi aksiya keçirib. Aksiya iştirakçıları qırmızı boya ilə boyanaraq marketlərdə satılan ət kimi özlərini qablaşdırıblar. Bəzi aksiyaçılar isə əllərində "bütün ətlər bir cəsəddən gəlir" yazılmış plakatlar tutublar. PETA təşkilatı hesab edir ki, insanlar ətdən istifadəni dayandırmalı, daha çox tərəvəzlə qidalanmalıdırlar.
No comments:
Post a Comment