Cütlük Hərbi Komissarlığı məhkəməyə verib
Volqoqrad şəhərində iyunun 29-da toyu olmalı gənci toyundan bir gün öncə həqiqi hərbi xidmətə göndəriblər. Aprel ayında orduya çağırılan Mixail Baranov əməliyyat olunduğundan hərbi xidmətə yollana bilməyib və xəstəxanada olması barədə hərbi komissarlığa arayış təqdim edib.
Rusiya. Həkimlərin onun altı ay müddətinə hərbi xidmətdən azad edilməsi barədə rəyini alan Mixail fürsətdən istifadə edib evlənmək qərarına gəlib. Toy üçün bütün hazırlıqların görüldüyü bir vaxtda Mixail üçün yenidən çağırış vərəqəsi göndərilib. Məsələni araşdırmaq üçün hərbi komissarlığa gedən gənc oğlan bir daha geri qayıtmayıb. Sonradan məlum olub ki, o, hərbçilərin çağırış məntəqsinə aparılıb və ordudan yayınmaqda günahlandırılan oğlan toyuna bir gün qalmış xidmət edəcəyi hərbi hissəyə göndərilib. Toy üçün sifariş olunmuş paltarlar və ləvazimatlar isə mağazaya qaytarılıb. Evlənmək arzusunda olan Mixail və Olqa cütlüyü maddi və mənəvi ziyan vurulduğuna görə hərbi komissarlığı məhkəməyə veriblər.
No comments:
Post a Comment