25.8.10

Cinsiyyətsiz ilk insan

O pasportunda da belə qeyd etdirib

Avstraliya. Norri May-Velbi adlı vətəndaş məhkəmə qərarı ilə şəxsiyyət vəsiqəsindəki “cinsiyyəti” sütununu sildirib. Oğlan olaraq doğulan, 23 yaşından etibarən qadın hormonları daha çox inkişaf edən 48 yaşlı Velbi özünü nə qadın, nə də kişi hesab edir. O, “kişi və ya qadın deyiləm”, - deyib məhkəmə prosesini qazanaraq cinsiyyətsizliyini rəsmiləşdirib, şəxsiyyət vəsiqəsinin uyğun qrafasında “neytral” yazdırıb. Ancaq məhkəmə qərarından sonra Avstraliya rəsmi dairələri arasında da narazılıq baş qaldırıb və “belə bir şəxsiyyət vəsiqəsi verilə bilməz” deyilib. Məlumata görə, bu hadisə tək Avstraliyada deyil, müxtəlif ölkələrdə mübahisələrə səbəb olub. Mütəxəssislərin fikrincə, bu olay qarşıdakı illərdə homoseksualların hüquqları məsələsində olduğu kimi, böyük mübahisələr yaradacaq. Bele ki, cinsiyyət baxımından özünü neytral hiss edənlərin sayı gündən-günə artır.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru