25.8.10

Adolf Hitlerin irqi müəyyən edildi

Fürer "təmiz alman irqin"ə mənsub olmayıb

ABŞ. Hitlerin nəsil şəcərəsini araşdırmaqla çoxdan məşğul olan Jan Pol Malders və Mark Vermiren bu gün mətbuata maraqlı açıqlamalar verib. Onlar bildiriblər ki, II Dünya Müharibəsinin səbəbkarı, alman nasional-sosialist partiyasının lideri olmuş Adolf Hitler DNT-sində nəinki Almaniya və Avstriyada, hətta Qərbi Avropada nadir rast gəlinən E1b1b xromosomu mövcud olub. Bu xromosom əsasən şimali Afrikanın ərazisində məskunlaşan bərbərlərdə rast gəlinir. Bu həmin bərbərlərdir ki, bir vaxtlar Karfagen dövlətini qurmuş, sonra isə Roma imperiyasının hücumu nəticəsində süqut etmiş, daha sonra İslam dininin meydana gəlməsi nəticəsində bu dini qəbul etmiş, ərəblərlə birləşərək Cəbəllütariq boğazını keçərək İspaniyaya daxil olaraq burada Kordova xilafətinin əsasını qoymuşlar. Yuxarıda adı çəkilən araşdırmaçılar bu qənaətə gəlmək üçün ABŞ-da yaşayan və Hitlerin ən yaxın qohumlarından sayılan 61 yaşlı Aleksandra Stüart-Hyüstonun bir kafedə nahar edərkən ağzını sildiyi salfetdəki tüpürcək susyundan götürdükləri nümunələri təhlil etdirmələri kifayət edib.

Qeyd edək ki, bu Hitlərin əsl alman olmamasına ilk iddia deyil. Bir çox tarixçilər qeyd edirdilər ki, onun atası Anna Mariya Şiklqruberin əsl oğlu olmayıb və Frankenberqer adlı bir yəhudidən dünyaya gəlib. Lakin Hitlerin məhz yəhidi ilə qohumluğunun olması artıq öz əhəmiyyətini itirib.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru