Səfurə Əlizadənin qısa avtobioqrafiyası
Səfurənin ailəsi üçün yaradıcılıq həmişə öncə yerdə olmuş - atası rəssam, anası isə pianoçu və modelyerdir
Azərbaycan. Səfurə Əlizadə 20 sentyabr 1992-ci ildə anadan olmuşdur. Özünün dediyi kimi 3 yaşından başlayaraq oxumağa başlamışdır. Kaman və saksofon üzrə orta musiqi təhsili var. Buna baxmayaraq onun əsas istedadı musiqi ilə bağlıdır və həyatının başlıca həvəsi vokaladır. Səfurə xanım üç yaşında oxumağa başlamış, 6 yaşa çataraq ilk dəfə səhnəyə çıxmış və həmin vaxtdan daima olaraq cürbəcür müsabiqələrdə iştirak edir. Misal üçün, Səfurə dünyada məhşur Pop İdol şousunun Azərbaycanda analoqu olan “Yeni Ulduz” müsabiqəsinin qalibidir. Bu gözəl qız Azərbaycanın əsl seks-simvoludur – arxayın, stilli, istedadlı və alovlu Səfurə xanım Odlar Yurdunun ideal təmsilçisidir. 2010 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün fevralın 2-də keçirilən yarımfinal mərhələsində "Söz ver" mahnısı ilə yarışmışdır. Münsiflərin seçimi ilə finala çıxmışdır. "Drip_Drop" mahnısı məhz onun üçün sifarişlə hazırlanmışdır. Mahnının sözləri və musiqisi Stefan Örn və Sandra Bjurmana aiddir. O məhşur “Toran” saqasının pərəstişksarıdır. Stefani Mayerin demək olar ki bütün əsərlərini oxuyub. Final mərhələsində səsvermə nəticəsində milli finalın qalibi olmuşdur. Səfurə Əlizadə 29 may 2010 - cu il tarixində keçirilən “Eurovision-2010” yarışmasının final mərhələsində uğurla çıxış edən Səfurə Əlizadə 145 balla beşinci yerə çıxdı.
Xatırladaq ki, Azərbaycanı «Eurovision-2010» mahnı müsabiqəsində təmsil edən Səfurə Əlizadə imtahan vermədən ödənişsiz əsaslarla ali məktəbə qəbul edilə bilərdi. Bunun üçün o, «Eurovision»da ilk üçlüyə düşməli idi. Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, elm, incəsənət və idman sahəsində beynəlxalq yarışlar və olimpiadalarda ilk üçlüyə düşmüş şəxslər ali məktəblərə imtahan vermədən qəbul olunur. Onlara istədikləri ixtisası seçmək və pulsuz təhsil almaq hüququ verilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri Məleykə Abbaszadə də bildirmişdi ki, belə yarışlarda ilk üçlükdə yer almış abituriyentlər üçün sənəd qəbuluna iyunun 1-dən başlanılacaq.
No comments:
Post a Comment