31.5.10

Avropa mətbuatı ölkəmizin «Eurovision-2010»un münsiflərini rüşvətlə almaq istədiyini idda edir

Bizim Yol: «Səfurə Əlizadəyə təkcə səs verilməsi üçün 20 milyon dollar xərclənib»


Azərbaycan. «Eurovision-2010» mahnı yarışmasında böyük skandalla üzləşilib. Belə ki, Avropanın və slavyan ölkələrinin əksər mətbuat orqanları Azərbaycanın müsabiqədə qalibiyyəti rüşvətlə almaq istədiyindən bəhs edib. Məsələn, Fransanın jeanmarcmorandini.com saytının yazdığına görə, ölkəmiz bir çox dövlətlər üzrə münsiflər heyətinə rüşvətlə təzyiq göstərərək, Səfurə Əlizadəyə yüksək bal verilməsinə nail olmaq istəyib. Hətta həm münsiflər heyətinin «alınmasına», həm də Avropa ölkələrindəki səfirliklərin SMS göndəriməsinin təşkilinə 20 milyon dollar vəsait xərcləyib: «Ona görə də Azərbaycan qalib gələcəyinə dair əminlik var idi». Hətta Avropa mətbuatı Azərbaycanın qalib gələcəyi təqdirdə, böyük qalmaqala yol açılacağını istisna etmirdilər. Lakin finalda Səfurə Əlizadənin nəticəsi qalmaqalın yol açmasını bir qədər səngidib. Ayın 30-da rəsmən münsiflər heyətinin və səsvermənin nəticələri ayrı-ayrılıqda açıqlanıb. Məlum olub ki, jurilər bu il də ölkəmizə çox aşağı bal verib. Azərbaycan 5-ci yerə isə, əsasən, SMS-lərdən daxil olan səslər hesabına qazana bilib. Görünür, münsiflər qalmaqaldan çəkiniblər.

Qeyd edək ki, hələ yarışdan öncə Rusiya və Türkiyə mətbuatında da Azərbaycanın 1-ci yeri «alması» barədə yazılar dərc olunmuşdu. Bundan əlavə, dünya mətbuatının diqqətini çəkən məqamlardan biri Azərbaycanın bu il yarışmaya ən çox vəsait xərcləməsidir. Belə ki, tək SMS-lərin təşkilin 20 milyon dollardan əlavə, 150 min manat «Drip Drop» mahnısının alınması və oranjımanına, həmçinin səsləndirilməsinə xərclənib. Klip, geyim və beynəlxalq təbliğatına isə birlidəkdə 10 milyon dollar xərc qoyulduğu deyilir. Beləliklə, 30 milyon dollarlıq xərcin nəticəsi 5-ci yer olub. Amma 7-ci yeri tutan Ermənistan isə Azərbaycandan iki pillə aşağı yeri tutmaq üçün 7 milyon dollar xərcləyib. 1-ci yer tutan Almaniya təmsilçisinin təbliğatına və qalibiyyətinə isə bu iki ölkədən qat-qat az bir vəsait sərf edilib. Ümumiyyətlə, bu ilki yarışmada Cənubi Qafqaz ölkələri-Ermənistan, Azərbaycan və Gürcüstan bahalı geyimləri və ən çox pul xərcləmələri ilə yadda qaldı. Bu arada İctimai Televiziyanın mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov lent.az portalına müsahibəsində xarici mətbuatda yazılan və onlara istinadla yerli mətbu orqanlarda da yayılan bu kimi iddiaları təkzib edib.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru