29.5.10

26 yaşlı qadın 1000 ton soğan qabığı tələb edir

Bu qadın ərindən min ton soğan qabığı istəyir

İran. "Fars" xəbər agentliyinin məlumatına görə, 26 yaşlı Tehran sakini narkotik maddə istifadəçisi olan ərindən nigah müqaviləsində nəzərdə tutulan təzminatını almaq üçün məhkəməyə müraciət edib. Sən demə, evlənən zaman 27 yaşlı ər həyat yoldaşının 12 ədəd qızıl və min ton soğan istəyini qəbul edib. Ər qızılları verməyi qəbul etsə də, soğan qabığı vermək niyyətində deyil. “Evlənəndə, bunu bir zarafat kimi qəbul etmişdim", - deyə o özünü müdafiə edib. Məhkəmə qadının xeyrinə qərar verərək, kişinin qadının hər iki istəyini yerinə yetirməsi üçün hökm çıxarıb. İranda evlilik haqqında qanuna görə, qadın evlənərkən nigah müqaviləsində ərindən pul və ya qızıl əşyaları istəyə bilər. Qadın evliliyin hər hansı mərhələsində ərindən bu şərtin yerinə yetirilməsini istəyə bilər. Amma adətən bu, boşanma zamanı istənilir. Bəzən iranlı qadınlar bu müqavilədən boşanma haqqı əldə etmək üçün istifadə edirlər. Belə ki, qadın ərinə "ya məni boşa, ya da şərti yerinə yetir" - deyir.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru