Əlində 15 barmağı olan uşaq
Ayağında isə 16 barmaq var
Çin. Ölkədə əlində 15, ayağında isə 16 barmağı olan uşaq əməliyyat olunub. Artıq barmaqları kəsib götürmək üçün cərrahlara 6,5 saat vaxt tələb olunub. Çoxbarmaqlılığa səbəb olan anatomik anormallıq tibdə polidaktiliya adlanır. Bu anormallığa çox zaman irsiyyət səbəb olur. Amma xəstəlik yeni mutasiya nəticəsində də meydana çıxa bilər. Polidaktiliya adətən bir əlin çeçelə barmağında özünü göstərir. Amma çinli uşağın xəstəliyi həddən artıq nadirdir: onda orta barmaqların təkrar olunduğu mərkəzi polidaktiliya müşahidə edilir. Bundan əlavə, uşağın bir əlində 3, digər əlində isə 4 barmağı birləşib. Uşaq barmaqlarının sayına görə dünya rekordu vurub. İndiyə kimi bu rekord hindistanlı Menari və Devendra Xarne qardaşlarına məxsus olub. Onların hər birinin əlində 12, ayağında isə 13 barmaq olub.
No comments:
Post a Comment