Cinsi bilinməyən körpə doğuldu
Hadisədən həkimlər də baş aça bilmir
Türkiyə. Antalya şəhərində yeni dünyaya gələn uşağın cinsini müəyyənləşdirmək mümkün olmayıb. Həkimlər 3 ay əvvəl doğulan uşağın qız və ya oğlan olmasını hələ də tapa bilməyiblər. Körpənin anasının sözlərinə görə, əvvəlcə uşağın qız olduğuna qərar verilib. Daha sonra uşağın cüt cinsiyyətli olduğu bəlli olub.
"3 aydır aparılan araşdırmalar, keçirilən testlərə baxmayaraq hələ də körpənin cinsi tam olaraq bilinmir. "Bir gün qız, bir gün oğlandır" - deyirlər. Nə edəcəyimizi bilmirik. Ailəliklə əsəblərimiz pozulub", deyə uşağın anası bildirib. Mütəxəssislər isə uşağın xromosom testinin köməyi ilə cinsinin müəyyən edilə biləcəyini, ancaq xromosomların hər gün fərqli xüsusiyyət göstərdiyini deyirlər. Gülşah və Zəfər cütlüyü uzun müddət uşağa ad qoymaqda tərəddüd etsələr də, 3 aydan sonra ona həm oğlan, həm də qız uşaqları üçün istifadə edilən ad qoyublar. Hələlik isə onların gözləməkdən başqa çarəsi yoxdur.
No comments:
Post a Comment