22.3.10

Hamilə olan 7 aylıq körpə

Anası hamilə ikən gen mutasiyası zamanı onlardan biri uşağın qarın boşluğuna düşüb və orada inkişaf edib.

Azərbaycan. Kürdəmir rayonunda 7 aylıq körpə bu günə kimi görünməmiş sensasiya yaradıb. ANS TV-nin məlumatına görə, Gülay adlı uşaq hamilə tək bətnində daha bir döl gəzdirirmiş. Valideynlərinin sözlərinə görə, Gülayı müayinə edən həkimlər uşağın adi köpdən əziyyət çəkdiyi qənaətində olduqlarından körpəni məhz bu problemlə əlaqədar müalicə ediblər. Amma sonra uşağın səhhətinin ağırlaşması Məmmədovlar ailəsini Bakıya - Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya Institutuna gətirib. Həkimlər Gülayı xəstəxanaya bağırsaq keçməzliyi diaqnozu ilə ağır vəziyyətdə qəbul ediblər. Uşağı müayinə edən zaman məlum olub ki, körpənin qarın nahiyəsində şiş var. Həkimlər həmin şişişin döl olduğundan şübhələnərək dərhal əməliyat etmək qərarına gəliblər. Çünki, 7 aylıq Gülay Məmmədova inkişaf etdikcə bətnindəki döl də inkişaf edib və qızcığazın qarın nahiyəsi günügündən böyüyüb. Bu isə onun səhhətində ciddi problemlər yaradıb.

İnstitutun şöbə müdiri Allahverdi Musayevin sözügedən TV-yə verdiyi məlumata görə, uşaqlar əkiz olublar. Amma gen mutasiyası zamanı onlardan biri qarın boşluğuna düşüb və orada inkişaf edib. Tam əmin olmaq üçün qarından çıxarılan döl analizə göndərilib və gələn cavablar həkimlərin dediklərini təsdiqləyib. Məlum olub ki, döl Gülayın qarnında inkişaf edib. Onun boyun fəqərələri, onurğa sümüyünün müəyyən hissəsi, həmçinin ağciyərləri artıq inkişaf edib. Hazırda əməliyyatdan çıxan Gülayın vəziyyəti normaldır. Həkimlər gələcəkdə əməliyyatla bağlı körpənin səhhətində heç bir problem yaşanmayacağına əmindirlər. Yeddi aylıq uşaq bir neçə gün xəstəxanada qalacaq. Bir müddət sonra səhhətində hər hansı problemin ortaya çıxmadığı müəyyən edilsə, o, ömrünün ilk baharını evində valideynlərinin əhatəsində qeyd edəcək.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru