1.3.10

Dərisindən qan daman qız

Gözündən qan sızan insanın ardınca daha bir qeyri-adi hadisəyə şahid olaq

Hindistan. 14 yaşlı Tvinki Dvidendinin dərisindən heç bir kənar müdaxilə olmadan, cızılmadan qan axır. Həkimlər hələ ki qızın bu xəstəliyinə diaqnoz qoya bilməyiblər. Qan onun gözlərindən, qulaqlarından, saçlarının arasından gəlir. Bu, sutkada 50 dəfə təkrarlanır. Həkimlər məcbüriyyət qarşısında qıza əlavə qan vururlar. "Qan mənim bədənimin istənilən yerinlən gələ bilər. Bu baş verəndə məni ağrıtmır. Lakin tez-tez qan itirdiyim üçün gücdən düşürəm. Bəzən isə güclü baş ağrılarım olur", - deyə Tvinki vurğulayıb. Bu qızda olan unikal adət bir çox həikmin diqqətini cəlb edib. Həkimlər qıza heç cür köməklik göstərə bilmirlər. Aparılan təcrübələr də nəticəsiz qalır. Xatırladaq ki, tibb elminə artıq heç bir səbəb olmadan gözdən qan gəlmə faktı məlumdur.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru