1.3.10

Aparıcı canlı yayımda yuxuladı

Hətta qonaqlardan sakit danışmalarını da rica etdi

Türkiyə. Dünən gecə “Habertürk TV” kanalında Murad Bardakçının hazırladığı, Erhan Afyonçu və Pelin Batunun aparıcılığı ilə canlı efirə çıxan “Tarixin Arxa Otağı” verilişində maraqlı bir fakt qeydə alınıb. Məlumata görə, televiziya tarixində ilk dəfə bir aparıcı canlı yayımda yuxulayıb.

Verilişdə Osmanlı dönəmində təriqətlərin durumu ilə bağlı məsələ müzakirə olunarkən Murad Bardakçı verilişə qonaq çağırılmış tarixçidən yavaş danışmağı xahiş edib. Bu an kameralar Pelin Batunu göstərib və Murad Bardakçının nədən qonaqdan yavaş danışmağı xahiş etdiyi məlum olub. Pelin Batu canlı yayımda mışıl-mışıl yatırmış. Qısa müddətdən sonra Pelin Batu oyanıb və səhər saat 7-də oyandığını, yorğun olduğunu söyləyərək qonaqlardan üzr istəyib.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru