9 yaşlı qız sağlam uşaq dünyaya gətirdiHadisə erkən nigahı qadağan edən Çində baş verib
Çin. Çançun şəhərində dünyada böyük səs-küyə səbəb olan bir hadisə yaşanıb. 9 yaşlı qız dünyaya sağlam uşaq gətirib. "Situ Eveninq News" agentliyi xəbər verir ki, 2 kq 600 q ağırlığında olan uşaq qeysər əməliyyatı ilə doğulub. Həkimlər hadisə bağlı jurnalistlərə heç bir açıqlama verməyiblər. Qeyd edək ki, kommunizm qaraluşuna malik Çində erkən yaşlarında qızların uşaq dünyaya gətirməsi qəti qadağandır. Həkimlərin sözlərinə görə isə, qız 9 yaşından olduqca böyük görünür (akselerasiya). Lakin onun hansı vəziyyətdə hamilə qalması qeyri-müəyyəndir. Qızın ailəsi artıq polisə ifadə verib və indi uşağın atası axtarılır. Xatırladaq ki, dünyada ilk belə rekord Peruda qeydə alınıb. 1939-cu ildə Lina Medina adlı 5 yaşlı qız dünyaya sağlam oğlan uşağı gətirmişdi.


No comments:
Post a Comment