3.2.10

13 yaşlı qızcığaz 50 yaşında oldu

İngiltərədə Zara Hartşörn adlı bir qızcığaz 13 yaşlı olmasına baxmayaraq 50 yaşındakı bir qadın kimi görünür.Səbəb müalicəsi hələlik bəlli olmayan və nadir rast gəlinən xəstəlikdir

İngiltərə. Rozerham şəhərində yaşayan xanım Hartşörn yeniyetmə yaşında olmasına baxmayaraq, nadir rast gəlinən bir xəstəlik üzündən yaşıdlarından və çevrəsindəkilərdən çox utandığını və bunun onda kompleks yaratdığını müsahibə verdiyi nüfuzlu Britaniya jurnallarından da gizlətmədi.

Həkimlərin rəyinə görə isə, Zara doğuşdan lipodistrofizm adlı genetik pozuqluq səbəbindən və xromosom dəstində mövcud olan çatışmazlıq üzündən siması bu cür qırışır. Belə ki, dünyada ancaq 2 min insanda görülən daha bir oxşar xəstəliyə görə, dəri altındakı yağın yox olması və sekresiyaların natamam və qeyri-müntəzəm ifrazatı belə halların yaranmasına yol açır. Xəstəliyin uşaqlığını oğurladığını düşünən Hartşörn isə, mənə küçədə "nənə", "meymun" - deyə lağ edildiyini söyləyir.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru