27.1.10

Universitet tələbəsi çılpaq pozalar verincə bir çox tələbə qrupları buna etiraz etdi.

Gözəl tələbə Britanni ali məktəbin "The Tab" jurnalında göründü


İngiltərə. Dünyanın ən əhəmiyyətli universitetləri sırasında göstərilən Kembric Universitetinin 21 yaşındakı gözəl tələbəsi soyununca ölkədə yeni bir mübahisə başladı. 800 illik Cambridge Universitetinin şagird jurnalı The Tab, bu dəfə beynəlxalq əlaqələr fakültəsində oxuyan Britanny adlı qızı "soyundurdu". 21 yaşındakı Britanny isə, "Gözəlliklə zəkanın eyni bədəndə ola biləcəyini sübut etmək istədim" - dedi. Ali məktəbin Qadın Birliyi sədri Natali Szarek, şagirdlərin seks obyekti olaraq istifadə edildiyi səbəbiylə belə sərt reaksiya verildiyini diqqətə çatdırdı.
Bakıda kirayə qalan 17 yaşlı qız zorlanıb

Hadisəni törədən 23 yaşlı Bakı sakini saxlanılıb

Azərbaycan. Bakıda zorlanma hadisəsi baş verib. Bu barədə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən məlumat daxil olub. Verilən məlumata görə, Sulutəpə qəsəbəsinin Çiçək adlanan yeni yaşayış sahəsində kirayədə yaşayan 17 yaşlı Şəmkir sakini G.V. (ad şərtidir) polisə müracət edərək, Ruslan adlı şəxs tərəfindən zorlandığını bildirib. Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Bu, 1982-ci il təvəllüdlü Bakı şəhər sakini Ruslan Həsən oğlu Həsənovdur.
Anası eyni, atası fərqli ekizlər

Ekiz uşaqlar analarının xəyanətini üzə çıxarıblar

Türkiyə. Belə ki, İstanbulda təhlükəsizlik xidməti işçisinin həyat yoldaşı bir müddət öncə əkiz uşaq dünyaya gətirib. Əkizlərdən şübhələnən ata uşaqlara DNT analizi keçirib. Nəticədə uşaqlardan yalnız birinin ondan olduğu bəlli olub.

Qeyd edək ki, hadisə ötən il baş verib. Uşaqların anası əkizlərdən birinin sevgilisinə oxşadığını görüb və təşvişə düşərək əri ilə dalaşıb. Dalaşandan sonra ərini və övladlarını ataraq evi tərk edib. Qonşulardan aldatıldığını öyrənən kişi isə arvadından gizli uşaqların DNT analizini verib. Bir həftədən sonra gələn cavab gənc atanı şoka salıb. Bundan sonra ata həyat yoldaşından boşanmaq üçün məhkəməyə üz tutub. Məhkəmədə qadın səhərlər sevgilisi, axşamlar isə əri ilə birlikdə olduğunu etiraf edib. Boşanmadan sonra kişi özündən olmayan əkiz uşaqlardan birini öz soyadından çıxarıb. Tibbi ekspertiza bu cür qəribə hadisələrin milyonda bir olduğunu bildirib. Oxşar hadise ABŞ-da da baş vermişdi. Hemin xəbərə saytımızın arxivində baxın.

26.1.10

Üzünün yarısının inkişafdan dayandığı çinli buna ölkəsində əlac tapdı

Hələ 3 yaşındaykən yüzünün yarısının inkişafı dayandı. İndi 22 yaşında və tibbdə bir ilk oldu

Çin. Siçuan bölgəsində yaşayan 22 yaşındakı Yang, dünyada çox da rast gəlinməyən bir xəstəliklə mübarizə edir. Hələ 3 yaşında ikən üzünün yarısının inkişafı dayanmışdı. Üzünün yarısı zamanla qəribə bir görünüş almış və bu da gözünün itməsinə səbəb olmuşdu. Amma heç cür müalicə ola bilmirdi.

İndi 22 yaşında olan Yang, normal bir insan olaraq yaşamaq istəyir. Bu səbəblə sonunda, mütəxəssis həkimlərə müraciət etmək üçün paytaxt Pekinin yolunu tutdu və tam axtardığını tapdı. Estetik və rekonstruktiv cərrahlıqda yaxşı tanınan Dr. Wang Peisen, gənc adama kömək əlini uzatdı. Dr. Wang, gənc xəstəsinə edəcəyi ən az 7 əməliyyatdan ilkini reallaşdırdı. Müvəffəqiyyətlə tamamlanan əməliyyatdan sonra Dr. Wasng: "Bu dünyada nadir rast gəlinər bir haldı. Səbəbini belə bilməyirik. Yalnız təxminlərimiz var. Amma üzünün yarısını necə normal hala gətirə biləcəyimizi bilirik. Ən azı 7 əməliyyat lazımdır" - dedi.

13.1.10

Qadın ərinin cinsi orqanını kəsərək öldürdü

Səbəb isə oral seks olub

Azərbaycan. Yanvarın 13-de gece saat 1-de Siyezen rayonunun Yenikend kendinde dehşetli ölüm hadisesi baş verib. Qaynar.info-nun “vesti.az” saytına istinaden verdiyi melumata göre, Daxili İşler Nazirliyinin metbuat xidmetinden bildiribler ki, kend sakini, 1977-ci il tevellüdlü Xeyale Memmedova aile münaqişesi zemininde heyat yoldaşı, 1972-ci il tevellüdlü Rauf Memmedova bir neçe bıçaq zerbesi endirib. R.Memmedov aldığı bıçaq zerbelerinden ölüb. Siyezen Rayon Polis İdaresinin emekdaşlarının heyata keçirdiyi emeliyyat neticesinde X.Memmedova tutulub. Siyezen rayon prokuroru Niyaz Memişov bildirib ki, hadise Rauf Memmedovun kefli halda eve gelerek ve özünün 74 yaşlı atasını tehqir etmesinden sonra baş verib: “Gelin qayınatasını müdafie edib ve ondan müveqqeti olaraq evi terk etmesini xahiş edib. O, qayınatasını iki azyaşlı uşağı ile bir yerde qohumunun evine gönderib. Heyat yoldaşının bu hereketi R.Memmedovu qezeblendirib ve o, Xeyaleni döyerek tehqir etmeye başlayıb. Bundan sonra Rauf Memmedov eline bıçaq alaraq heyat yoldaşını oral sekse mecbur etmek isteyib. Qadın müqavimet gösterse de, eri cehdinden el çekmeyib. X.Memmedova alçaldılmasına döze bilmeyerek, bıçağı kefli heyat yoldaşının elinden alıb ve onun cinsi orqanını kesib. Sonra affekt veziyyetinde olan Xeyale Raufa bir neçe bıçaq zerbesi endirib. R.Memmedov aldığı yaralardan hadise yerindece keçinib”.

Cinayet barede melumat alan polis hadise yenine gelib. R.Memmedovn cesedi morqa aparılıb.Heyat yoldaşının cinsiyyet orqanı keserek qetle yetiren 33 yaşlı Xeyale Memmedova baresinde cinayet işi başlayıb. Qaynar.info ANS Press-e istinaden xeber verir ki, Siyezen rayon Prokurorunun böyük kömekçisi Vahid Ekberov deyib ki, ilkin dindirilme zamanı X.Memmedova bildirib ki, heyat yoldaşını işlemediyi, eve mütemmadi olaraq serxoş geldiyi, uşaqları ve 74 yaşlı atası ile normal davranmadığı ve ona qarşı nelayiq hereket etdiyine göre qetle yetirib. Bütün bunlara baxmayaraq, X.Memmedova töretdiyi hadiseye göre peşman olduğunu etiraf edib. Xatırladaq ki, hadise Siyezen rayonunun Yenikend kendinde baş verib.
Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru