27.1.10

Anası eyni, atası fərqli ekizlər

Ekiz uşaqlar analarının xəyanətini üzə çıxarıblar

Türkiyə. Belə ki, İstanbulda təhlükəsizlik xidməti işçisinin həyat yoldaşı bir müddət öncə əkiz uşaq dünyaya gətirib. Əkizlərdən şübhələnən ata uşaqlara DNT analizi keçirib. Nəticədə uşaqlardan yalnız birinin ondan olduğu bəlli olub.

Qeyd edək ki, hadisə ötən il baş verib. Uşaqların anası əkizlərdən birinin sevgilisinə oxşadığını görüb və təşvişə düşərək əri ilə dalaşıb. Dalaşandan sonra ərini və övladlarını ataraq evi tərk edib. Qonşulardan aldatıldığını öyrənən kişi isə arvadından gizli uşaqların DNT analizini verib. Bir həftədən sonra gələn cavab gənc atanı şoka salıb. Bundan sonra ata həyat yoldaşından boşanmaq üçün məhkəməyə üz tutub. Məhkəmədə qadın səhərlər sevgilisi, axşamlar isə əri ilə birlikdə olduğunu etiraf edib. Boşanmadan sonra kişi özündən olmayan əkiz uşaqlardan birini öz soyadından çıxarıb. Tibbi ekspertiza bu cür qəribə hadisələrin milyonda bir olduğunu bildirib. Oxşar hadise ABŞ-da da baş vermişdi. Hemin xəbərə saytımızın arxivində baxın.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru