30.1.10

Qarışqalar ölənə yaxın yuvalarını tərk edirlər

Xəstə qarışqalar yuvadakı sağlam qarışqalarla təmas qurmurlar və uzağa gedərək tək başlarına ölürlər

Almaniya. Alimlər müəyyən ediblər ki, xəstə qarışqalar yuvalarından uzaqda ölürlər. Almaniyadakı “Ratisbonne” universitetinin akademikləri ölümünə yaxın qarışqaların öz yuvalarını tərk etdiyini müşahidə ediblər. Akademiyadan verilən açıqlamaya görə, xəstə qarışqalar yuvadakı sağlam qarışqalarla təmas qurmurlar və uzağa gedərək tək başlarına ölürlər. Alimlər qarışqaların başqalarını fikirləşmə xüsusiyyuətinə sahib olduqlarını və xüsusilə də yuvanı qorumaq qayğısı olan olan işçi qarışqaların xəstələndikləri vaxt özlərini yalqız ölməyə məhkum etdiklərini vurğulayıb.

29.1.10

Lənkəranda nənə 3 günlük nəvəsini yerə vurub öldürdü

O, uşağın qanuni atasından olmadığını səbəb gətirdi

Azərbaycan. Lənkəran rayonunun Siyavar kəndində üçgünlük uşaq nənəsi tərəfindən öldürülüb. Bu barədə rayon prokurorluğunun müstəntiqi Vəli Mustafayev məlumat verib. Onun bildirdiyinə görə, hadisə barədə rayon prokurorluğuna telefonla bildirilib. Faktla bağlı araşdırma aparılan zaman müəyyən edilib ki, yanvarın 28-də 1959-cu il təvəllüdlü Münəvvər Süleyman qızı Rəsulova onunla bir evdə yaşayan qızı, 1984-cü il təvəllüdlü Xəyalə Vidadi qızı Rəsulovanın yeni doğulmuş (üç günlük) körpəsini öldürüb.
Dindirilmə zamanı M. Rəsulova qızı ilə aralarında yaranan mübahisə zəminində nəvəsini - yeni doğulmuş uşağı öldürmək məqsədilə yerə çırpdığını etiraf edib. Baş nahiyəsindən ciddi zədə alan uşaq ölüb. Təqsirləndirilən şəxs uşağı öldürməsinə səbəb kimi körpənin X.Rəsulovanın bir müddət əvvəl boşandığı ərindən deyil, başqa kişidən olmasını göstərib. Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
Gözsüz körpə doğuldu

Körpənin anası buna səbəb kimi ultrasəs müayinəsini göstərib...
ABŞ. Taylor Harrison Briella adı verilən qız uşağının anası hamiləliyi vaxtı bir neçə dəfə həkimə getsə də, ona uşağın qüsuru barədə heç bir məlumat verilməyib. Həkimlər isə bu ittihamla razılaşmırlar. Onların sözlərinə görə, ultrasəs müayinəsi zamanı dölün göz boşluqları ekranda qara rəngdə görünür. Həkimlər Briellanın gözlərinin üz formasına uyğun olması üçün gələcəkdə bir neçə dəfə əməliyyat edilməsinin, göz boşluqlarının genişləndirilməsinin lazım olduğunu qeyd ediblər.

Qeyd edək ki, bu xəstəlik "anoftalmya" adlandırılır. İngiltərədə hər 10 min uşaqdan 30-u bu cür problemlə dünyaya gəlirlər. Anoftalmiaya səbəb genetik mutasiya və xromosom pozğunluqları ola bilər. Amma son vaxtlar mütəxəssislər bu xəstəliyə ekoloji amillərin də səbəb ola biləcəyini istisna etmir.

28.1.10

15 yaşlı qızı zorlayıb fidyəsini istədi

Azyaşlını öz evinə apararaq zorlayan şəxs daha sonra onun Tacikistandaklı ailəsinə zəng vuraraq fidyə tələb edib

Türkiyə. Suriyada təhsil alan və gəzmək üçün Türkiyənin Hatay vilayətinə gələn 15 yaşlı Tacikistan vətəndaşı burda tanış olduğu 20 yaşlı şəhər sakini tərəfindən zorlanıb. Azyaşlını öz evinə apararaq zorlayan şəxs daha sonra onun Tacikistandaklı ailəsinə zəng vuraraq fidyə tələb edib. Ələ keçməmək üçün tədbir görən şübhəli bank hesab nömrəsini Antalyadan verib. Zərərçəkmişin ailəsi isə səfirlik vasitəsilə Antalya polisi ilə əlaqə yaradıb və pulu almaq üçün Antalyaya gələn şübhəli burda ələ keçirilib. Yaxalanan şübhəlinin verdiyi məlumatlarla 15 yaşlı qız da xilas edilib. Şübhəli isə Hatay polis şöbəsinə təslim edilib.
Sevgilisinə qonaq getdi…

…Özünü binadan atıb öldürdü

Azərbaycan. Yasamal rayonunda hündür mərtəbəli binanın 3-cü mərtəbəsindən tullanan 24 yaşlı oğlan ölüb. Hadisə rayonun H. Zərdabi küçəsi, 53 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verib. Binanın sakini, 1986-cı il təvəllüdlü Nihat Fikrət oğlu Hüseynov həmin binanın üçüncü mərtəbəsində yaşayan sevgilisigilə qonaq gedib. Bir müddətdən sonra qızın qardaşı evə gəlib. Qızın qardaşı ilə üz-üzə gəlmək istəməyən N. Hüseynov eyvandan tullanıb. Kəllə-beyin travması alıb başı partlayan N. Hüseynov xəstəxanaya çatdıqda koma vəziyyətində qalıb. Həkimlərin səyinə baxmayaraq, aldığı xəsarət ağır olduğundan onu xilas etmək mümkün olmayıb. N. Hüseynovun Ədliyyə orqanlarında çalışdığı bildirilir.
Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru