
…Özünü binadan atıb öldürdü
Azərbaycan. Yasamal rayonunda hündür mərtəbəli binanın 3-cü mərtəbəsindən tullanan 24 yaşlı oğlan ölüb. Hadisə rayonun H. Zərdabi küçəsi, 53 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verib. Binanın sakini, 1986-cı il təvəllüdlü Nihat Fikrət oğlu Hüseynov həmin binanın üçüncü mərtəbəsində yaşayan sevgilisigilə qonaq gedib. Bir müddətdən sonra qızın qardaşı evə gəlib. Qızın qardaşı ilə üz-üzə gəlmək istəməyən N. Hüseynov eyvandan tullanıb. Kəllə-beyin travması alıb başı partlayan N. Hüseynov xəstəxanaya çatdıqda koma vəziyyətində qalıb. Həkimlərin səyinə baxmayaraq, aldığı xəsarət ağır olduğundan onu xilas etmək mümkün olmayıb. N. Hüseynovun Ədliyyə orqanlarında çalışdığı bildirilir.
No comments:
Post a Comment