22.10.11

Əl-ələ tutan ən qədim sevgililər

Onların skeleti aşkar edildi

İtaliya. Eradan əvvəl (E.Ə) 5-6-cı əsrlərə aid olan bir cütlüyün skeleti aşkar olunub. Ər-arvad yaxud sevgili olduqları güman edilən həmin insanlar əl-ələ tutduqları halda öldükləri güman edilir. Alimlərin qənaətincə onlar təbii fəlakət üzündən sığınacaq tapmış, bir-birlərinin əlini sıxaraq yerə uzanmış və ölümlərini gözləmişlər.Norveçin Stavanqer şəhərinin yaxınlığında isə arxeoloji qazma işləri aparan alimlər qədim insanın qalıqlarını tapıblar. Vistehola mağarasında tapılmış sümükləri araşdıran arxeoloqlar onların 15 yaşlı oğlanın qalıqları olduğunu müəyyənləşdiriblər. 7500 il əvvəl bu oğlan 10-15 üzvü olan qəbilədə yaşayıb. Arxeoloqlardan sonra anatomlar sümük qalıqları əsasında oğlanın simasını bərpa ediblər. Bu zaman Norveç polisinin sima identifikasiyası proqramından istifadə olunub.

Arxeoloqların dediklərinə görə, identifikasiya mərhələsi başa çatandan sonra kəllə sümüklərinin lazer və rentgen skanlaşdırılması vasitəsilə 15 yaşlı oğlanın kəlləsinin rəqəmsal modeli hazırlanıb. Sonucda məlum olub ki, 7500 il əvvəl yaşamış oğlanın kəllə-beyin sümüklərində nadir rast gəlinən deformasiya - skafalosefaliya, yəni "at başı" kimi tanınan qüsur olub. Lakin o, xəstəlikdən ölməyib: 15 yaşlı oğlan qətlə yetirilibmiş.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru