2.6.11

Qorxaq olmadığını çevrəsinə sübut etmək üçün qəbirə girdi 

 ölü tapıldı

Rusiya. Amur vilayətində həyata keçirilən eksperiment faciə ilə bitib. Blaqoveşensk şəhər sakini öz dostundan onu diri-diri basdırmağı xahiş edib.Onlar bağda məzar qazaraq tabuta bənzər bir qutu yerləşdiriblər. Nəfəs ala bilmək üçün qəbirdə ventilyasiya yeri də qoyulub. Bundan sonra qəbirə girən cavan oğlan özü ilə su və kömək çağırmaq üçün mobil telefon götürüb. Qəbrin üstünü 20 sm qalınlıqda torpaqla örtən o biri “ağıllı” isə telefonda “hər şey yaxşıdır” mesajı aldıqdan sonra evə qayıdıb.Ertəsi gün qəbri açmağa gələn dostun gördüyü mənzərə heç də ürəkaçan olmayıb: heç nədən qorxmadığını sübut etmək istəyən oğlan artıq canını tapşırmışdı.Polisin məlumatına görə, gecə güclü yağış yağması nəticəsində qəbirdəki ventilyasiya boruları tutulub və “ağıllı qəhrəman” boğularaq ölüb.Hadisə dünya mediasının da diqqətinin çəkib. Bu tip xəbərlər Rusiyada artıq qeyri-adi qarşılanmır. İnsanlar çox vaxt bu addımla ölümdən qorxmadıqlarını sübut etmək istəyirlər. Nəticədə isə sınaq aparanlar ya ölür, ya da psixoloqa müraciət etməli olurlar.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru