Kütlə üçün kitab oxuyacaq qızlar lüt soyunacaq
Bu mütaliəyə diqqəti artlrmaq üçün edilir
ABŞ. “Naked Girls Reading” (Oxuyan çılpaq qızlar) adlı klubun lüt qızların aparıcılığı ilə publika üçün kitablardan parçalar oxumaq kimi bir tədbir keçirməsi mütaliəyə marağı hətta ən az olan insanları belə buraya cəlb etməyə hesablanıb. "Əynində ancaq əyni olan" gözəl qızlar (təşkilatçılar afişada dönə-dönə qeyd edirlər ki, qızlar doğrudan da çılpaq olacaq, yəni bəzi şoular kimi bu, aldadıb tamaşaçı yığmaq deyil..) bu dəfə kral ailələrinin həyatı haqda kitablardan parçalar oxuyacaqlar.
Afişada qeyd edilir ki, “Siz lüt bədən görməkdən ötrü gələ bilərsiz, amma bilin ki gələndən sonra bir sözü də qaçırmacaqsınız...”. Afişada tədbirin yeri elan edilmir, yalnız on-line bilet alanlara bu haqda tədbirdən bir gün qabaq e-mail-lə məlumat verilir. Amma çılpaq qızların “repertuarına” çox ciddi ədəbiyyat da daxildir. Biletin qiyməti 12 funt-sterlinqdir (Təxminən 15 manat). Tədbirə yalnız yaşı 18-i keçənlər buraxılır.
No comments:
Post a Comment