28.4.11

Çanaqlı bağa siam əkizi dünyaya gətirdi

Onun 5 ayağı və 2 başı var

Slovakiya. Onu tapan Roman Qresek jurnalistlərə deyir: “Görünür ana tısbağa insanlardan geri qalmaq istəmir və belə bir əkizlərinin olması ilə bəlkə də fəxr edir, amma onu tapa bilməmişəm” deyə ikibaşlı yavruya təsafüən rast gələn Roman Qresek gülərək bunu əlavə edir: ”Onlardan birini – başı bir qədər kiçik olanını Lenka, digərini Maqda adlandırmışam". Artıq 8 həftəlik yaşlarına qədəm qoyan Maqda və Lena Romanın ovcunda sərbəst gəzə və ətraflarını problemsiz hərəkət etdirə bilir. Xüsusilə hər iki başın ortasında olan ayaq onlara qətiyyən mane olmur. Jurnalistlərə açıqlamasında Roman onu da əlavə edib ki, Maqda ilə Lenanın bəxti onda gətirib ki, onlar vəhşi təbiətdə dünyaya gəlməyiblər, yoxsa çoxdan tələf olardılar. Çünki onların iki başı var və təhlükə anında başını öz çanaqlarına heç cürə sığışdıra bilməyəcəkdilər

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru