Limonun çəkisi 5,5 kq olub
Pakistan. Ölkənin şərqindəki Sarqodha şəhərində yetişən limon görənləri heyrətə salır. Çünki yerli sakinlərdən birinin yetişdirdiyi limonun çəkisi düz 5,5 kq-dır. Pir Cumali kəndinin sakini Nasir Hassan adlı təsərrüfat sahibi yetişdirdiyi meyvənin Pakistanda və bütün dünyada qeydə alınan ən böyük limon olduğunu bildirib. O, bunun sübut edilməsi üçün yetişdirdiyi meyvəni qışın sonuna kimi saxlayacağını deyib.35 ildir təsərrüfatla məşğul olan pakistanlı nəhəng limon əldə etmək üçün 10 ildir işlədiyini bildirib.
Onun sözlərinə görə, qarpız boyda limon yetişən ağac peyvənd edilib, Ağacın meyvəni saxlaması üçün budaqlara xüsusi dayaqlar verilib. Kəndlilərin onu dərməsinin qarşısını almaq üçün isə ağacı daim nəzarətdə saxlayıb. Qeyd edək ki, normadan dəfələrlə böyük olan limon paytaxt İslamabadda, turistlərin çox olduğu istiqamətdə yerləşən tərəvəz dükanlarından birində nümayiş edilir.

No comments:
Post a Comment