1.2.11

Bakirəliyi pozan idman

Piylənmədən çıxış yolu idmandır

Səudiyyə Ərəbistanı. Ölkənin şahzadəsi Adilənin qızlara bədən tərbiyəsi dərslərinin keçilməsi təklifi ciddi etirazla qarşılanıb. Lakin radikal dindarlar Kral Abdullanın qızının bu təklifinə qarşı çıxıblar. Piylənmə səviyyəsinin 51 faizə çatdığı ölkənin şahzadəsi bildirib ki, uşaqlar idmanla məşğul olmur. Onun fikrincə, qızlara idman dərsinin keçilməsi vacibdir. Təhsil Nazirliyi təkliflə əlaqədar araşdırmalara başlayıb. Kral ailəsinin nüfuzlu üzvlərindən biri, Məkkənin valisi şahzadə Xalid əl Faysal məktəblərdən birində olarkən 8 yaşlı bir qız ona “Mən də qardaşlarım kimi məktəbdə idmanla məşğul olmaq istəyirəm" deyib. Şahzadə isə uşağa söz verib ki, bu arzusu yerinə yetiriləcək.
Şeyx Əbdül Kərim əl Kudeyrin rəhbərlik etdiyi radikal imamlar isə şahzadələrin təşəbbüsünün əleyhinə çıxış ediblər. Onların fikrincə, yalnız əxlaqsız qadınlar idmanla məşğul olar: “Bakirə qızlar idman zamanı etdikləri hərəkətlər nəticəsində bəkarətlərini itirə bilərlər. Onlar bunu gələcək ərlərinə necə izah edəcəklər?”. Radikal din adamları hesab edirlər ki, ən yaxşısı qızların evdə oturmasıdır. İmamların etirazından sonra Təhsil Nazirliyi də mövqeyini dəyişib və məktəblərdə qızlara bədən tərbiyəsi dərslərinin keçilməsinin qəti qadağan edilməsi barədə açıqlama yayıb. 

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru