8.1.11

Tənhalıq və internet

Sosial şəbəkələr və çatlardakı çoxlu sayda dostlar insanı tənhalıqdan və onun yaratdığı stresdən xilas etmir


ABŞ. Yerli mütəxəssislər 19-85 yaşlı insanların iştirakı ilə aparılmış tədqiqat nəticəsində bu qənaətə gəlib. Məlum olub ki, tənha insanlar arasında sosial şəbəkələrdə saysız-hesabsız həmsöhbəti olan şəxslər həddindən artıq çoxdur. «Şəxsi münasibətlərdə kəmiyyət yox, keyfiyyət vacibdir», - deyə tədqiqatçılar bildirir.

Araşdırma onu da göstərib ki, özünü tənha sayan insanlarda stresin səviyyəsi yüksək, onu aradan qaldırmaq bacarığı isə zəifdir. Üstəlik, belə insanlar dincəlməyə, yatmağa daha az vaxt ayırır və bu, streslə yanaşı onların sağlamlığına da mənfi təsir göstərir. Məhz bu üzdən mütəxəssislər insanlara daha çox virtual deyil, real dost axtarmağı məsləhət görür.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru