10.1.11

Ölmək istəməyən qarı

88 yaşlı qarı  tabutdan tullanıb qaçdı


Braziliya. Maraqlı da odur ki, Mariya das Dors Konseysaunu bir xəstəxanının intensiv terapiya bölməsində iki dəfə ölü biliblər. Hər dəfə də qoca nənə onu basdırmaq istəyən həkimlərin əlindən qurtulub qaçıb. Hadisə ötən il olub.

İpatinqa şəhərində yaşayan Mariya nənə qəflətən özünü pis hiss edib və huşunu itirib. Onu yerli xəstəxananın reanimasiya bölməsinə yerləşdiriblər, iki gün sonra isə həkimlər qarının nəfəs almadığını deyərək onu morqa yollayıblar. Morqda da Mariya nənəni tabuta qoyanda o, qəflətən ayılıb və tabutdan hoppanaraq qaçıb. İkinci dəfə isə Mariya Konseysaunu morqa aparmadan dəfn etmək istəyiblər: həkimlər yenə onu ölü sanıblar.  Qarı isə tabutda, qəbristanlığa aparılanda ayılıb və yerə düşərək qaçıb. Mariya Konseysaunu ailəsi Braziliyanın Belu-Orizonte ştatının məhkəməsinə müraciət edərək, başabəla həkimlərdən şikayətləniblər.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru