26.12.10

NASA yadplanetlilərin olduğunu təsdiqlədi

Varllıqlar bakteriya formasında arseniumda da yaşaya bilir

ABŞ. Amerika Milli Aeronavtika Agentliyi (NASA) planetimizdə yadplanetli həyat formalarının mövcudluğunu ilk dəfə olaraq təsdiqləyib. Ötən həftə keçirdikləri mətbuat konfransında NASA-nın ekspertləri ABŞ-ın Yosemit Milli Parkındakı (Kaliforniya ştatı) Mono gölünün dibində yadplanetli həyat formalarını aşkarlayıblar. "İnanılmaz olsa da, həqiqət budur ki, çox duzlu, suyu amonyak turşusu ilə zəngin olan gölün dibində bakteriyalar yaşayırlar. Halbuki belə mühit istənilən canlı orqanizm üçün ölümə bərabərdir. Bunun nəticsi olaraq düşünürük ki, bəhs etdiyimiz təki, indiyədək naməlum imkanlara malik orqanizmlər Yer ilə yanaşı, Kainatdakı digər planetlərdə də yaşayırlar. Çox yəqin ki, bu bakteriyalar bizim həyatımızla bahəm mövcud olan "kölgə həyat"ın təmsilçiləridir", - NASA eksperti Maykl Herbert bu gün bəyan edib. Astrobioloq Riçard Huver isə söyləyib ki,bir planetdə milyardlarla il ərzində həyat dəfələrlə dəyişir. "Biz, yəni insanlar isə xüsusilə qısaömürlüdür. Kainatdakı zaman baxımından bəşəriyyətin tarixi çox qısadır. Monoda tapdığımız bakteriya da insanlardan milyardlarla il əvvəl mövcud olan və indiyədək gəlib çatmış həyat formalarından biri, yadpalentli varlıqdır", - Huver deyib.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru