Hamilə olduğunun fərqinə varmayan qadın
Bunu yalnız 9 aydan sonra bildi
İngiltərə. 19 yaşlı xanım Emmi Ferber üçün bir neçə gündən sonra ana olacağını bilmək gözlənilməz xəbər olub. O, hamilə olmasından doğuşa cəmi 9 gün qalmış xəbər tutub. Bir neçə ay qarın nahiyəsində güclü ağrıların olması ilə əlaqədar həkimə müraciət edən qıza yumurtalığında şiş olduğu bildirilib və antibiotiklər içməsi məsləhət görülüb. Amma bir müddət sonra Emmini yenidən ağrılar narahat etməyə başlayıb. Bu dəfə analiz verən qız hamiləliyin 9-cu ayında olduğunu eşidən zaman şoka düşüb. «Əvvəlcə həkimlərə inanmadım. Bu, mənimçün böyük xoşbəxtlikdir», - deyə Emmi bildirir. Artıq dünyaya gəlmiş oğlan uşağının atası da baş verənlərdən Emmi qədər sevinir.
No comments:
Post a Comment