Bu mirvari yaşıl rəngdədir
Çin. Bu ölkə dünyanın ən böyük və nadir mirvarilərindən birini satmaq niyyətindədir. Ağırlığı 6 ton olan mirvari 88 milyon funt-sterlinqə (138,525 milyon dollar) məbləğində ilkin qiymətlə hərraca çıxarılıb. 1,5 metr diametrə malik olan yaşıl, tərkibi əsasən fluroitdən ibarət mineral qaranlıqda işıq saçır. Belə mirvarilər "Səmaaltı İmperiya"da brilyantdan bahadır. Çinin Daxili Monqolustan vilayətindəki mədənlərdən birində tapılan bu nəhəng mineralı mütəxəssislər üç ildən bəri emal ediblər. "Nurlu mirvari" adlanan bu mineral hazırda Çinin Haynan vilayətindəki Vençan şəhərində keçirilən beynəlxalq sərgidə nümayiş olunur. Buddizmdə "Çintamani" adlanan "nurlu mirvari" insanların bütün arzularını çin edən "müqəddəs daş"lar hesab olunur.
No comments:
Post a Comment