25.12.10

Çəkik mavigözlülər

Onların avropalı olduqları iddia edilir


Çin. Ölkənin şimal-qərbində, Qobi səhrasında yerləşən Liçjyan kəndinin sakinlərinin Qədim Romanın "itmiş" legionlarından birinin əsgərlərinin törəmələri olduğu düşünülür. Kənd sakinlərinin DNT testlərindən keçirilməsindən sonra əldə edilən nəticələr göstərib ki, onların tam əksəriyyəti avropoid irqinə mənsubdur. Britaniya alimlərinin fikrincə, onlar Qədim Romanın ən məşhur sərkərdələrindən biri Mark Krassın Asiyaya yürüşlərindən birində müəmmalı şəkildə yoxa çıxmış legionerlərinin günümüzə çatmış "əks-səda"sı ola bilər. Mark Krassın ordusu indiki İran ərazisindəki Qədim Parfiyada məğlub olmuş, sərkərdə isə edam olunmuşdu. Ordudan qaçan yüzlərlə legioner Asiyada yoxa çıxmışdılar.

Oksford Universitetinin professoru Homer Dabsın fikrincə, həmin legionerlər Çinin şimal-qərbinə çataraq orada indiki Linçjyan kəndinin əsasını qoyublar. Kənd yaxınlığındakı Yonqçanqda aparılmış arxeoloji-qazma işləri də bəzi legioner məzarlarını aşkarlamağa imkan verib. Pekin Universitetinin professoru Çjan Qon isə hesab edir ki, Linçjyan kəndində yaşayan ağdərili, mavigözlü insanlar romalı legionerlərin törəmələri deyil. "Kənd Çini düyna ölkələri ilə bağlamış qədim Böyük İpək Yolunun üstündə yerləşib və bu səbəbdən də həmin yolla hərəkət edən ticarət karvanlarındakı ən müxtəlif irqlərdən olan insanlarla Linçjyanlıların qaynayıb-qarışması mümkündür", - Qon deyib.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru