30.11.10

Siçan qatili həbs edildi

O daha ağır cəza da ala bilmədi

İngiltərə. London məhkəmlərindən birində evdə saxladığı Syuzi adlı dişi siçanı mikrodalğalı sobaya atıb öldürən 29 yaşlı britaniyalıya 9 həftə həbs verilib. Bu adama 5 il evdə heyvan saxlamaq qadağan edilib. Cinayətkar hadisə zamanı sərxoş halda olduğunu və nə etdiyini bilmədiyini söyləyib. Polislər yanmış siçanı həyətdə zibil çənindən tapıblar. Peşman britaniyalı məhkəmədə siçanı tərifləyərək onlara deyib: “Mən Syuzini öldürmək istəmirdim, o dünyanın ən gözəl siçanı idi!”.

O daha ağır cəza da ala bilərdi, amma vəkili məhkəmədə sübuta yetirib ki, siçan Syuzi sobada çox əziyyət çəkməyib və dərhal ölüb. Bu arqument cinayətkarın həbs müddətini azaldıb.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru